"Real"ın tarixində ikinci dəfə

"Real" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə "Ayaks"a məğlub olaraq mübarizəni dayandırıb. SportLine.az xəbər verir ki, bu məğlubiyyət Madrid klubu tarixində ikinci dəfə "pley-off" mərhələsində səfərdə qalib gəldiyi görüşün ardından uduzaraq mübarizəni dayandırıb.

Belə hal ilk dəfə 1994/1995-ci il mövsümündə UEFA Kubokunun 3-cü mərhələsində yaşanmışdı. Həmin vaxt səfərdə "Odense"ni 3:2 hesabı ilə məğlub edən "Real" doğma meydanda 0:2 hesabı ilə uduzaraq yarışla vidalaşmışdı.