"Real"ın yeni transfer büdcəsi - 600 milyon avro

Madrid "Real" cari mövsümün sonunda heyətdə köklü dəyişikliklərə hazırlaşır. SportLine.az "Independent"ə istinadən xəbər verir ki, artıq bu barədə klubun İdarə Heyəti görüş keçirib.

Qəbul olunan qərara əsasən, komandanın yeni transfer büdcəsi 600 milyon avro məbləğində müəyyən edilib. Əsas diqqət isə Harri Keyn və Neymar transferlərinə yönəldilib.

Məlumata görə, yayda Kərim Benzema və Qaret Beyllə yolları ayırmağı düşünən "kral klubu", əvəzində H.Keyn və Neymarı heyətə cəlb edəcək.