Referimiz Avroliqa matçını belə idarə edib

FİFA referimiz Əliyar Ağayev Avropa Liqasının pley-off mərhələsinin "Gent” – "Bordo” oyununu idarə edib. 

Sportline.az xəbər verir ki, Belçikada baş tutan qarşılaşmada hesab açılmayıb.

30 yaşlı referi  bu oyunda əlini cəmi 2 dəfə cibinə atmalı olub. O, oyunun 41 və 90+3-cü dəqiqəsində "Bordo”nun futbolçusu Xules Kundeni sarı vərəqə ilə cəzalandırıb. Kunde ikinci "sarı"nı aldığı üçün meydandan qovulub.

Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov kömək ediblər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirib.