Rəhim Həsənov Avropa çempionatına təyinat aldı

Azərbaycanlı hakim Rəhim Həsənov növbəti dəfə 17 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələ matçına təyinat alıb.

Sportline.az xəbər verir ki, 36 yaşlı FIFA referisi 4-cü qrupda keçiriləcək Litva - Farer adaları oyununu idarə edəcək. Ona yan xətt hakimi qismində həmyerlisi Cəmil Quliyev və isveçli Maks Robin Vilde köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə isveçli Kaspar Şöberq yerinə yetirəcək.

Rəhim Həsənov və Cəmil Quliyev daha öncə bu qrupdakı iki oyunda da iş başında olublar.

Qeyd edək ki, oktyabrın 3-də keçiriləcək Litva - Farer adaları matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. 4-cü qrupun oyunları İsveçdə keçirilir.