Remzi "Yuventus"a keçir

"Yuventus" heyətini gücləndirməyə yaxındır. SportLine.az xəbər verir ki, Turin təmsilçisi Aaron Remzi ilə razılıq əldə edib.

"Tuttosport"un məlumatına görə, yarımmüdafiəçi yanvarın 18-də "Yuventus"la münasibətləri rəsmiləşdirəcək. 28 yaşlı oyunçunun yeni klubunda illik qazancı isə 7,5 milyon avro olacaq. Onunla 5 illik müqavilə imzalanacaq.

A.Remzi "Yuventus"la azad agent statusu ilə müqavilə imzalayacaq. Onun "Arsenal"la müqaviləsi cari mövsümün sonunda bitəcək. Uelsli futbolçu növbəti mövsümdən İtaliya klubunun üzvü sayılacaq.

Qeyd edək ki, A.Remzi 2008-ci ildən "Arsenal"ın şərəfini qoruyur.