Remzidən qələbə şərhi

Uels yığmasının yarımmüdafiəçisi Aaron Remzi AÇ-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycanı məğlub etdikləri oyun (2:0) haqda açıqlama verib.

Sportline.az xəbər verir ki, "Yuventus"un futbolçusu qələbənin Avropa çempionatına vəsiqə yolunda çox vacib olduğunu deyib:

“Uğursuz çıxışdan sonra dünya çempionatına getmək şansımızı itirmişdik. Amma indiyədək seçmə mərhələdə yaxşı oyun sərgiləmişik. 2016-dakı uğuru təkrarlamaq və bu böyük turnirin həyəcanını yenidən yaşamaq istəyirik. Qazanmaq üçün hər şeyi etdik. Azərbaycan kimi ölkələrə səfərdə oynamaq həmişə çətin olur. Xorvatiya Bakıya getdi və xal itirdi. Bu səbəbdən Bakıdakı oyunun nə qədər çətin olacağını bilirdik”.

Uels son matçda sabah Macarıstan üzərində qələbə qazanarsa, Avropa çempionatına vəsiqə qazanacaq.