Renat Dadaşovun komandası xalsız qaldı

Portuqaliya Sequndasında 27-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, U21 milli komandamızın üzvü Renat Dadaşovun formasını geydiyi "Eştoril" doğma meydanda "Benfika-2"ni qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsilə yekunlaşıb.

Görüşə ehtiyatda başlayan Renat 29-cu dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Eştoril" hazırda 45 xalla 4-cü pillədə qərarlaşıb.