Renat Dadaşov "Ayntraxt"dan ayrıldı

Azərbaycan millisinin üzvü Renat Dadaşov "Ayntraxt"dan kənarlaşdırılıb. SportLine.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Xəbərə görə, futbolçu Almaniya Regional Liqasında mübarizə aparan Berlin "Dinamo"sunun düşərgəsinə yollanıb.

R.Dadaşova özünə yeni klub tapması üçün icazə verilib.

Onun qardaşı Rüfət Dadaşov da "Dinamo"nun şərəfini qoruyur.

Qeyd edək ki, "Ayntarxt”ın yetirməsi olan Renat Dadaşov U-19 komandasının heyətində komanda yoldaşını vurduğu üçün transferə çıxarılıb. Onun Frankfurt təmsilçisi ilə 2020-ci ilin iyununadək müqaviləsi var.