Millimizin üzvü üçün mövsüm bitdi

21 yaşadək futbolçulardan ibarət milli komandamızın hücumçusu Renat Dadaşov cəzalandırılıb.

Sportline.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, buna "Eştoril"in hücumçusunun  Portuqaliya Sequndasının 32-ci turunda "Akademika"ya ilə oyunda birbaşa qırmızı vərəqə alması səbəb olub.  Rəqib futbolçuya qarşı kobud oynayan Dadaşov üç oyunluq cəzalandırılıb.

Bu isə,19 yaşlı futbolçunun son 2tur qalmış mövsümü başa vurması anlamına gəlir.