Renat Dadaşov oynadı, komandası məğlub oldu
Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya II Liqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Famalikao” kollektivi olub.
Qarşılaşma "Eştoril"in məğlubiyyəti ilə yekunlaşıb - 0:2.
R.Dadaşov 83-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, 17 turdan sonra 30 xala malik “Eştoril” 3-cü pillədə qərarlaşıb.
Standings provided by Sofascore LiveScore