Renat Dadaşov oynadı, komandası səfərdə qələbə qazandı

Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya Liqa Kubokunda növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib “Maritimo” kollektivi olub.

Səfərdə keçirilən görüş "Eştoril"in qələbəsi ilə yekunlaşıb - 1:0.

R.Dadaşov 90 dəqiqə meydanda olub.

Bu qələbədən sonra xal hesabını 6-ya çatdıran “Eştoril” “Sportinq” və “Farense” ilə eyni göstəriciyə imza atıb. Top fərqində 1-ci olan “Sportinq” yarımfinala yüksəlibsə, Renatın komandası 2-ci yeri tutub.

Qeyd edək ki, yarımfinalda “Sportinq”lə “Braqa” üz-üzə gələcək. “Benfika”nın rəqibi isə bu gün keçiriləcək C qrupunun matçlarından sonra bəlli olacaq.