Renat Dadaşov Portuqaliya çempionatında dubl edib
Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" Portuqaliya Sequndasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib "Akademika" kollektivi olub.
Görüş "Eştoril"in 7:2 hesablı qələbəsi ilə yekunlaşıb.
65-ci dəqiqədə meydana daxil olan R.Dadaşov dubl etməklə komandasının qələbəsinə töhfə verib.
Qeyd edək ki, Eştoril" 12 xalla 4-cü pillədə qərarlaşıb.