Renat Dadaşov: "Premyer Liqa dünyanın ən yaxşı liqasıdır"

"Çox xoşbəxt və həyəcanlıyam. Bu, gözəl klubdur və burada olmaq inanılmazdır. Buna görə də burada olduğum üçün şadam".

Sportline.az xəbər verir ki, bu sözləri bu gün İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"la müqavilə imzalayan millimizin üzvü Renat Dadaşov klubun saytına deyib.

O, daha sonra bildirib: "Mənimlə müqavilə imzalamaq istədiklərini söylədikləri agentimdən  zəng gəldi. Mən "bu, həqiqətdimi"? Doğrudurmu? Mənimlə zarafat etmirsən?" dedim. "Bəli, doğrudur" söylədi. Buna görə qərar vermək asan oldu. Ancaq indi hər şeyin yaxşı olacağı bir yerə icarəyə gedəcəyəm və gələn mövsüm daha güclü bir oyunçu kimi qayıda bilərəm”.

O, Premyer Liqanın oyunçusu olmaq haqda da danışıb: "Hər bir futbolçu Premyer Liqada oynayan komandada olmaq istəyirdi. Bu, mənim üçün dünyanın ən yaxşı liqasıdır. "Vulverhempton"da mənim üçün asan olacağını düşünmürəm. Amma bir yolunu tapacağam. İngiltərə gözəl ölkədir, burada gözəl insanlar çoxdur. Buna görə də burada problem yaşayacağımı düşünmürəm. Mənim üçün ən vacibi komandaya kömək etməkdir. Meydanda və meydandan kənarda əlimdən gələn hər şeyi etməyə çalışacağam".

20 yaşlı hücumçu çox fəal idmançı ailəsi olduqlarını da söyləyib: “Atam su polosu, anam həndbol oynayıb, bacım 16 yaşına qədər futbol oynayıb, qardaşım Almaniyanın üçüncü bundesliqasında oynayır. Sonuncu dəfə Azərbaycan millisində oynadığım müddətdə ilk dəfə həm mən, həm də böyük qardaşım bir yerdə idik. Bu, mənim üçün inanılmaz idi. Çünki qardaşımın yanında ölkəmi təmsil etmək həyatımın ən yaxşı anlarından biri idi".