Renat Dadaşov rəqabətdə uduzur

Portuqaliya Premyer Liqasında beşinci turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Pasuş de Ferreyra" səfərdə "Familiako" ilə qarşılaşıb və 2:4 hesabı ilə uduzub.

Renat Dadaşovun adı matçın iştirak ərizəsinə daxil edilməyib. Portuqaliya mətbuatı 20 yaşlı hücumçunun rəqabətdə uduzduğunu yazmışdı.

"Pasuş de Ferreyra" 1 xalla sonuncu - 18-cidir.