Rəqib komandanın baş məşqçisi istefaya göndərildi
|
Latviya millisinin baş məşqçisi Aleksandr Starkov vəzifəsindən uzaqlaşdırılıb. Sportline.az xəbər verir ki, Latviya Furbol Federasiyasının bu gün keçirilən iclasında 62 yaşlı mütəxəssislə yollar ayrılıb. Səbəb, komandanın martın 25-də keçirilən yoxlama görüşündə Cəbəllütariqə 0:1 hesabı ilə uduzmasıdır. Qeyd edək ki, milli komandamız iyunun 9-u Latviya ilə yoldaşlıq matçında üz-üzə gələcək. |