"Rəqib yaxşı oyun göstərdi" - Maksim Medvedev

“Rəqib yaxşı oyun göstərdi. Bu oyun bizim üçün böyük təcrübə oldu". SportLine.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin müdafiəçisi Maksim Medvedev Qazaxıstanla keçirilən yoldaşlıq görüşündən (0:3) sonra deyib. 

Təəssüratlarını bölüşən futbolçu, "Millətlər Liqası öncəsi bu cür rəqiblə mübarizə aparmaq vacibdir. Təbii ki, belə rəqiblə oyunlar qarşıda bizim yaxşı oyun göstərməyimiz baxımından üstünlükdür. Millətlər Liqasında müxtəlif oyun üslüblarına malik komandalar var. Qazaxıstan yığması da o komandalardandır ki, özünəməxsus oyunu var”, - deyə bildirib.