"Əsas təəssüfləndiyim məqam budur" - Şenol Güneş
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Bavariya" - "Beşiktaş" (5:0) görüşündən sonra Türkiyə təmsilçisinin baş məşqçisi Şenol Güneş təəssüratlarını bölüşüb. SportLine.az xəbər verir ki, mütəxəssis hesabın ədalətli olduğu deyib:
"Təbii ki, planlarımız fərqli idi. Hesab necə olur olsun, rəqibə layiqli müqavimət göstərmək istəyirdik. Əsas təəsssüfləndiyim məqam budur. Qırmızı vərəqədən sonra oyunun gedişatına təsir etmək çox çətin idi. 11 nəfər oynayarkən də rəqib bizdən üstün idi. 10 nəfərlə isə heç nə edə bilmədik. Azarkeşlərimizə daha yaxşı oyun hədiyyə etmək istərdik. Alınmadı..."
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü martın 14-də İstanbulda keçiriləcək.