Rəqibimiz Monteneqroya uduzdu
Dünyanın yaşıl meydanlarında bəzi milli komandalar yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Macarıstan komandası da yoxlama görüşündə qüvvəsini sınayıb. Komanda Monteneqro ilə üz-üzə gəlib. Hesabı millimizin rəqibi açsa da, hər hissədə bir qol buraxan macarlar sonda meydanı məğlubiyyətlə tərk ediblər.
5 sentyabr
Monteneqro – Macarıstan - 2:1
Yaponiya – Paraqvay - 2:0
Gürcüstan - Cənubi Koreya - 2:2
Səudiyyə Ərəbistanı – Mali - 1:1
Şimali İrlandiya – Lüksemburq - 1:0