Rəqibimizin qapıçısı Azərbaycanla oyundan danışdı

“Xorvatiyalı azarkeşlərin futbolu nə qədər sevdiyini, milli komandalarının oyun tərzini və güclərini bilirik. Təəssüf ki, əsas heyət üzvlərimiz zədə və ya cəzalı olmaları səbəbindən oynaya bilmirlər. Dörd oyunçumuz yox idi, onlardan üçü yarımmüdafiəçidir. Buna görə də ön xətdə zəif çıxış etdik”.

Sportline.az xəbər verir ki, Macarıstan millisinin qapıçısı Peter Qulaçi Avro-2020-nin seçmə mərhələsində Xorvatiya ilə matçdan (0:3) sonra deyib.

"Leyptsiq"in qolkiperi Azərbaycanla qarşıdan gələn oyun barədə də danışıb: “Mən təkcə səhvlərdən deyil, passivlikdən, döyüşməməkdən, depressiyaya düşməkdən danışıram. Rəqib üstün çıxış etdi. Çoxlu səhvlər etdik. Xorvatiya ilə matçı yaddan çıxarmasaq, Azərbaycan və digər rəqiblərin bizə qarşı oyununu asanlaşdırmış olarıq”.

Qeyd edək ki, oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə 20:00-də başlayacaq.