Rəqibinə təpik vuran futbolçu meydandan qovuldu

Asiya Futbol Konfederasiyası turnirində keçirilən "Kaya" (Filippin) - PSM (İndoneziya) matçında xoşagəlməz hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, meydan sahiblərindən Jalsor Soriano görüşün sonlarında qonaqlardan Mark Kloka təpiklə zərbə endirib. Soriano hadisədən sonra birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, görüş PSM komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb.