Rəqibinə 5 qol vuran "Ayaks" liderliyə yüksəlib

Hollandiya Erediviziyasında keçirilən "Emmen" - "Ayaks" matçında 7 qol vurulub.

Sportline.az xəbər verir ki, PSV ilə çempionluq mübarizəsində olan "Ayaks" "Emmen" komandasını 5:2 hesabı ilə məğlub edərək, yarış cədvəlinin lideri olub.

"Emmen" 2:5 "Ayaks"
Qollar:
Doni van de Beek, 9 (0:1), Deyli Blind, 43 (0:2), David Neres, 51 (0:3), Klaas-Yan Huntelaar, 53 (0:4), David Neres, 60 (0:5), Nikolas Talyafiko, 63 - ö.q. (1:5), Jafar Arias, 87 (2:5).