Rəqibinin üzünə tüpürdü, ağır cəzalandı

Bundesliqanın 29-cu turunda doğma meydanda "Bayer"in üzvü Kay Havertsin üzünə tüpürən "Ştutqart"ın futbolçusu Santyaqo Askasibarın cəzası məlum olub.

Sportline.az xəbər verir ki, Almaniya Futbol İttifaqı (DFB) Santyaqo Askasibarı mövsümün sonuna kimi cəzalandırıb.

Gənc yarımmüdafiəçi mayın 25-dək diskvalifikasiya olunub. Bundesliqada isə sonuncu turun oyunları mayın 18-də keçiriləcək. Bu səbəbdən, Askasibar cari mövsüm "Ştutqart"a kömək edə bilməyəcək.