Rəşad Sadıqov bugünkü oyuna çıxacaq
“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun səhhətində yaranan problem bu axşam Moldovada “Şerif”lə keçiriləcək Avropa Liqasının pley-off mərhələsindəki ilk matçda iştirakına mane olmayacaq. Sportline.az xəbər verir ki, u barədə Sport24.az-a məlumatı, 36 yaşlı müdafiəçinin özü verib:
“Tiraspola gəldikdən sonra qızdırmam qalxmışdı. Bu üzdən dünənki məşqdə iştirak edə bilmədim. Lakin bu gün səhər məşqində iştirak etmişəm. Özümü normal hiss edirəm və inşallah, axşam meydanda olacam”.
Qeyd edək ki, “Şerif” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.