Rəşad Sadıqov da istefaya göndərildi
Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandalarının baş məşqçiləri istefaya göndərilib. SportLine.az xəbər verir ki, bu barədə milli komandanın sabiq çalışdırıcısı Qurban Qurbanov məlumat verib.
Onun sözlərinə görə, Rəşad Sadıqov U-21 və U-20, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-dəki fəaliyyətini başa vurub.
Yalnız U-19-la mərhələ keçən Vüqar Məmməd işini davam etdirəcək.
Qeyd edək ki, bu baş məşqçilər 2017-ci il dekabrın 20-də vəzifələrinə təyin olunmuşdu.