Rəşad Sadıqov daha bir il “Qarabağ”da

Rəşad Sadıqov növbəti mövsüm də “Qarabağ”ın şərəfini qoruyacaq. Bu barədə SportLine.az saytına açıqlamasında futbolçunun özü məlumat verib.

Kapitanın sözlərinə görə, baş məşqçi Qurban Qurbanov iki illik müqavilə təklif etsə də, o, növbəti mövsümün sonunadək çıxışını davam etdirməyə razılıq verib: “Son oyunlardan sonra Qurban müəllimlə görüşdük və bu qərara gəldik. Ancaq “Qarabağ”da çıxışımın nə qədər davam edəcəyini zaman göstərəcək. Bu, 5 ay da ola bilər, mövsümün sonunadək də”.

Qeyd edək ki, R.Sadıqov 2011-ci ildən “Qarabağ”ın uğurları üçün çalışır.