Rəşad Sadıqov: "Hər şeyin öz vaxtı var"

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov gələcək karyerası ilə bağlı suala cavab verib.

Sportline.az xəbər verir ki, 36 yaşlı futbolçu bu barədə düşünəcəyini bildirib: 

"Bütün fikrimi çempionata yönəltmişdim. Bu barədə qarşıdakı günlərdə fikirləşəcəyik.

Neçə dəfə bu söhbətin üstü açılıb, mən bağlamışam ki, əsas fikrimizi çempionata yönəldək. Hər şeyin öz vaxtı var”.