Rəşad Sadıqov: "İşimiz çoxdur, işləməliyik"

"Müsbət nəticə gözləyirdik. Buradan yaxşı nəticə ilə ayrılmaq istəyirdik. Bu istəklə də oyuna hazırlaşmışdıq."

Sportline.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Kosovaya 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. O, qarşılaşma ilə bağlı bunları söyləyib:

"Əslində, futbolçular pis mübarizə aparmadılar. İstəkli idilər, çalışırdılar ki, yaxşı nəticə olsun. Təəssüf ki, sonda məğlub olduq. Buraxdığımız kiçik səhvlərdən rəqib yaxşı istifadə etdi. İşimiz çoxdu, işləməliyik. Qarşıdakı oyunda çalışacağıq ki, daha yaxşı oynayaq və yaxşı nəticə qazanaq".

Xatırladaq ki, milli komandamız martın 27-də səfərdə İrlandiya yığması ilə qarşılaşacaq.