Rəşad Sadıqov Kosovada rəsmi debüt edəcək
21 yaşadək futbolçulardan ibarət millinin Avropa çempionatının təsnifat mərhələsində Kosovo ilə keçirəcəyi matçın vaxtı və yeri açıqlanıb.
Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, martın 22-də Mitrovitsa şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Qarşılaşma Adem Yaşari Olimpiya Stadionunda olacaq.
Qeyd edək ki, bu, millimizin yeni baş məşqçisi Rəşad Sadıqov üçün rəsmi debüt matçı olacaq.