Rəşad Sadıqovun durumuna aydınlıq gəlib

"Qarabağ" komandasıın kapitanı Rəşad Sadıqovun zədəsi sağalmaq üzrədir. 

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu dünən komandanın məşqinə qatılıb.

37 yaşlı müdafiəçi son məşqlərin birində dizindən zədələndiyi üçün onun Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Partizani" ilə ilk matçda meydana çıxması sual altında idi. Amma zədəsini tez sağaldan Rəşadın Albaniya çempionu ilə ilk oyunda iştirak ehtimalı yüksək qiymətləndirilir. 

Xatırladaq ki, “Partizani” ilə ilk görüşiyulun 10-da Tiranada, cavab oyunu isə iyulun 17-si Bakıda olacaq.