Millimiz son saniyələrdə məyus oldu
21 yaşadək futbolçuların Avropa çempionatının təsnifat mərhələsi davam edir. SportLine.az xəbər verir ki, V qrupda mübarizə aparan Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq. Rəşad Sadıqovun komandası səfərdə İrlandiya ilə üz-üzə gələcək.
1 xalla qrupun autsayderi olan seçməmiz, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir.
Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda İrlandiya qələbə qazanıb - 1:3.
27 mart 2018
U-21, Avropa çempionatının təsnifat mərhələsi
İrlandiya (U-21) - Azərbaycan (U-21) - 1:0
QOL: Rayan Svini, 90+9 (1:0)
Hakimlər: Filip Qlova, Peter Kovaç, Yan Pozor, Pavol Çmura (hamısı Slovakiya)
"Tallat" stadionu, Dublin