Azərbaycan Ukraynaya məğlub oldu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan seçməsi bu gün növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, yoldaşlıq görüşü çərçivəsində rəqib Ukraynanın 20 yaşadək futbolçulardan ibarət komandası olub.
Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb.
Ukraynalılar üç ay əvvəl U-19-un heyətində Avropa çempionatının bürünc mükafatını qazanıb. Qitə çempionatının yarımfinalçısı kimi dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Aleksandr Petrakovun komandası mundiala hazırlıq çərçivəsində ilk oyununu yığmamıza qarşı keçirəcək.
Millimiz növbəti yoxlama oyununu noyabrın 19-da səfərdə Bosniya və Herseqovinaya qarşı keçirəcək.
15 noyabr 2018
Yoldaşlıq görüşü
Azərbaycan U-21 – Ukrayna U-20 - 0:1
QOL: Musolitin, 80 (0:1)
“Dalğa Arena”