Rəşad Sadıqovun komandasının reytinqi

U-21 milli komandaların UEFA reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, son üç Avropa çempionatının nəticələrinə əsasən cədvəldə 55 komandanın adı var.

Rəşad Sadıqovun rəhbərlik etdiyi Azərbaycan millisi Avropada 45-ci yerdədir. 

Millimizin qabaqladığı 10 komanda sırasında Ermənistan, Kipr, Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino və Lixtenşteyn var.

Qeyd edək ki, reytinq cədvəlinə Almaniya seçməsi başçılıq edir.