Reynaldo Qazaxıstan klubunda

"Qarabağ"ın yollarını ayırdığı sabiq futbolçusu Reynaldo Silvanın yeni klubu bəlli olub.

Sportline.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını Qazaxıstanın "İrtış" komandasında davam etdirəcək.

Klub braziliyalı oyunçunun keçidini rəsmi saytı vasitəsilə açıqlasa da, onunla imzalanan müqavilənin detalları barədə məlumat verməyib.

Qeyd edək ki, Reynaldo 2013-2016-ci illərdə və 2018/2019 mövsümünün ikinci yarısında "Qarabağ"da çıxış edib. O, Qazaxıstanda "Aktobe"nin də formasını geyinib.