Reynaldonun yeni klubu müəyyənləşib

"Qarabağ”la yolları ayrılan Reynaldo Silvanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, braziliyalı yarımmedafiəçi Qazaxıstan "İrtış"ı ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, Reynaldo 2013-2016-ci illərdə "Qarabağ”da çıxış edib.

O, bir müddət Türkiyə ("Adanaspor”), Slovakiya ("Spartak”, Trnava) və Qazaxıstanda ("Aktobe) oynadıqdan sonra 2018/19 mövsümünün ikinci yarısında yenidən Ağdam klubuna qayıtmışdı.