Riberi ərəb klubları arasında seçim edir

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi bu yay Münheni tərk edəcək.

Sportline.az Euro United-ə istinadən xəbər verir ki, 36 yaşlı futbolçu ilə Qətərin "Əl-Sədd" və "Əl-Duhayl", həmçinin, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubları maraqlanır.

Qeyd edək ki, bu mövsüm 34 oyun keçirən Riberi, 5 qol və 3 assistlə yadda qalıb.