Riçard Almeyda: "Milli komandaya dəvətləri məmnuniyyətlə qəbul edəcəm"
"Qarabağ"ın futbolçusu Riçard Almeyda mövsümün yekunları ilə bağlı təəssüratlarını bölüşüb.
Sportline.az xəbər verir ki, komandadan ayrılacaq braziliyalı Azərbaycan millisində karyerasını davam etdirəcəyini bildirib: "Harada olmağımdan asılı olmayaraq, milli komandaya dəvətləri böyük məmnuniyyətlə qarşılayacağam".
Qeyd edək ki, Riçard Almeyda millinin növbəti təlim-məşq toplanışına da dəvət alan futbolçular sırasındadır.