Riçard Almeydanın qiyməti açıqlandı

"Transfermarkt" Qazaxıstan Premyer Liqasında çıxış edən futbolçuların qiymətlərini açıqlayıb. 

Sportline.az xəbər verir ki, milli komandamızın "Astana"da çıxış edən üzvü Riçard Almeydaya 1.5 milyon avro qiymət qoyulub.

Braziliyalı yarımmüdafiəçi bu qiymətlə "TOP-10"da 9-cu pillədə yer alıb.

Ümumiyyətlə, siyahıda daha çox "Astana"nın 7, "Kayrat"ın 3 futbolçusu yer alıb. "Qarabağ"ın braziliyalı digər sabiq yarımmüdafiəçisi Pedro Enrike 2,8 milyon avroyla siyahıda 2-ci pillədə gedir. Ən bahalı futbolçu da "Astana"lı - 3 milyon avroyla Marin Tomasovdu.