DÇ: "River Pleyt" yarımfinalda dayandı
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunana klublararası Dünya çempionatı davam edir. SportLine.az xəbər verir ki, növbəti gündə yarımfinal və 5-ci yer uğrunda görüşlər baş tutub.
Finala vəsiqə uğrunda Argentinanın "River Pleyt" və BƏƏ-nin "Əl-Əyn" komandaları üz-üzə gəlib. Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Penaltilər seriyasında isə "Əl-Əyn" qələbə qazanmaqla finala yüksəlib.
5-ci yerin sahibini də penaltilər seriyası müəyyənləşdirib. Tunisin “Esperans” kollektivi Meksikanın “Qvadalaxara” komandasını üstələyib.
Qeyd edək ki, digər yarımfinal görüşündə Madrid "Real"ı Yaponiyanın "Kaşima" klubu ilə üz-üzə gələcək.
18 dekabr 2018
Klublararası Dünya çempionatı
Yarımfinal
“River Pleyt” (Argentina) – “Əl-Əyn” (BƏƏ) – 2:2
Pen.4:5
QOLLAR: Borre, 11,16 – Berq, 3, Kalo, 51
“Esperans” (Tunis) – “Qvadalaxara” (Meksika) – 1:1
Pen.6:5
QOLLAR: Belaili, 38-p. – Sandoval, 5-p.