Robert Levandovski: "Dünyanın ən yaxşı "9 nömrə"si olmaq üçün hər şeyi edirəm"

Gələcək karyerası barədə danışan "Bavariya"nın hücumçusu Robert Levandovski uzun müddət komandada qalmaq istədiyini bildirib.

Sportline.az xəbər verir ki, Levandovski dünyanın ən yaxşı "9 nömrə"si olmaq arzusundadır.

"Müqavilə müddəti 2021-ci ildə başa çatacaq. Amma burada daha çox qalmağı xəyal edirəm. Dünyanın ən yaxşı "9 nömrə"si olmaq üçün əlimdən gələn hər şeyi edirəm. Meydana hər dəfə çıxanda özümü sübut etmək məcburiyyətindəyəm. Qol vuranda və komanda qələbə qazananda hər şey möhtəşəm olur. Belə bir karyera qurduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, 30 yaşlı hücumçu cari mövsümdə 37 oyunda 31 qol , 12 məhsuldar ötürmə ilə yadda qalıb.