Roberto Bordin azarkeşlərə səsləndi

"Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin komandanın azarkeşlərinə müraciət edib.

SportLine.az klub "YouTube" kanalına istinadən xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis tərəfdarların dəstəyi ilə böyük uğurlara imza atacaqlarını bildirib: "Salam, əziz "Neftçi" azarkeşləri! Mən komandanın yeni baş məşqçisi Roberto Bordinəm. Əminəm ki, sizin dəstəyinizlə böyük uğurlara imza atacağıq. Forza, Neftçi"!

Qeyd edək ki, bu gün saat 16:00-da Bakı Olimpiya Stadionunda Roberto Bordinlə klub rəhbərliyi arasında rəsmi müqavilənin imzalanma mərasimi və bununla bağlı mətbuat konfransı keçiriləcək.