Roberto Bordin: "Çalışacağıq bu dueldən qalib çıxaq"
"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifət mərhələsinin püşkünü dəyərləndirib.
Sportline.az xəbər verir ki, italiyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Macarıstan "Uypeşt”inin kifayət qədər güclü komanda olduğunu bildirib.
O, rəqibi xüsusən fiziki baxımdan fərqləndirib. Bununla belə, Bordin "Neftçi"nin qarşısında böyük məqsədlərin olduğunu vurğulayıb: "Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib, bu dueldən qalib çıxaq”.