Roberto Bordin: "Dabonun zədələnməsi komandaya mənfi təsir göstərdi"

"Əlbəttə, çətin oyun oldu. Hər iki komanda mübarizə apardı. Qələbə ilə fərqi azaltmaq istəyirdik. Amma alınmadı". 

Sportline.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin son turda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra "CBCSport" telekanalına açıqlamasında deyib.

Mütəxəssis komandanın qol silahı Baqali Dabonun zədələnməsinə üzüldüklərini bildirib: "Əlbəttə, Dabo əsas futbolçularımızdandır. Onun zədələnməsi komandamıza pis təsir etdi. Amma Baqalinin əvəzinə meydana daxil olan Namik Ələskərov pis oynamadı, sonadək çalışıb vuruşdu. Dabonun zədələnməsinə təəssüflənirəm" (CBC Sport).