Roberto Bordin sualları cavablandıracaq
Avropa Liqasının ikinci təsnifat mərhələsinin avqustun 1-də, saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Arsenal” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordinin və futbolçu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.
Sportline.az xəbər verir ki, mətbuat konfransı iyulun 31-də saat 17:30-da 8-ci km stadionunda keçiriləcək. Konfransdan sonra, saat 18:00-da “Neftçi”nin media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.
Həmin gün 8-ci km stadionunda “Arsenal”ın baş məşqçisi İqor Çerevçenko ilə futbolçu Maksim Belyayevin mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlanacaq.
Qeyd edək ki, “Neftçi” – “Arsenal” qarşılaşmasının start fiti avqustun 1-də, saat 21:00-da səslənəcək.