Roberto Bordinin müqavilə müddəti açıqlandı
"Neftçi” futbol komandasının yeni baş məşqçisi Roberto Bordinin müqaviləsinin müddəti müəyyənləşib.
SportLine.az xəbər verir ki, 53 yaşlı italiyalı mütəxəssis bu gün Bakı Olimpiya Stadionunda baş tutan təqdimatda 2 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Roberto Bordin bu postda Tərlan Əhmədovu əvəzləyib.