Robin van Persi: "Sulşer üçün güləcək vaxt deyil"

"Mançester Yunayted"in sabiq futbolçusu Robin van Persi komandanın baş məşqçisi Ole Qunnar Sulşer haqqında danışıb.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, 46 yaşlı mütəxəssisi çox mülayim olduğu üçün tənqid edib: "Sulşer çox gülür. Açığı onun üçün güləcək vaxt deyil. Futbolçular  pis oynayanda cəzalandırılacaqlarını bilməlidirlər. Məşqçilər oyun planından əlavə bir az da qorxuducu olmalıdırlar".

Qeyd edək ki, 2012-2015-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.