"Roma" ilk dəqiqələrdən bizi geri çəkilməyə məcbur etdi" - Valverde

"Gözləmədiyimiz qədər çətin oyun oldu. "Roma" ilk dəqiqələrdən bizi geri çəkilməyə məcbur etdi". SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri "Barselona" klubunun baş məşqçisi Ernesto Valverde "Roma" ilə görüşdən sonra fikirlərini bölüşərkən deyib.

Belə bir məğlubiyyəti qəbul etməyin çətin olduğunu deyən E.Valverde, "Hamımız qələbə barədə düşünürdük və yolumuza davam etməyi arzu edirdik. Amma rəqib yüksək təzyiq altında idi. Bu təzyiq onların daha istəkli oynamağına imkan yaratdı. Bizim üçün çox pis gün idi. Belə məğlubiyyətlərdən sonra danışmaq çətin olur...", - deyə bildirib.