"Roma"da yeni müqavilə

“Roma” daha bir futbolçusu ilə müqavilə yeniləyib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ilə argentinalı müdafiəçisi Federiko Fasio arasında yeni 2 illik saziş imzalanıb.

Qeyd edək ki, “Roma” son bir həftədə Cengiz Ündər, Nikolo Zaniolo və Edin Ceko ilə də yeni müqavilə imzalayıb.