Roman Saley: "Qələbələrimi qalib Azərbaycan xalqına həsr edirəm"
"Qalib gəldiyim üçün Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimova təşəkkür etmək istərdim".
Sportline.az xəbər verir ki, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında 3 qızıl medal qazanan Azərbaycanın para-üzgüçüsü Roman Saley Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
3 qat paralimpiya çempionu karyerasına Azərbaycan yığmasında başladığını xatırladıb: "Qələbələrimi qalib Azərbaycan xalqına həsr edirəm. Hamınız çox sağ olun".
Qeyd edək ki, Roman Saley 100 metr məsafəyə sərbəst, arxası üstə və batterflay üsulu ilə üzmədə birinci yeri tutub.