"Roma"nın prezidenti "Liverpul"un ümidlərinin üzərindən xətt çəkdi

"Bizim Alissonu satmaq fikrimiz yoxdur". SportLine.az xəbər verir ki, bu sözləri "Roma" klubunun prezidenti Xames Pllatto deyib. 

Braziliyalı qapıçısın yayda "Liverpul"a keçəcəyi ilə bağlı xəbərlərə "Sky Sport"a açıqlamasında münasibət bildirən klub rəhbəri, "Alissondan razıyıq. O da bizdən razıdır. Belə olan halda, niyə başqa komandaya keçmək istəsin? Bizim planlarımız var. İlk növbədə, Çempionlar Liqasında finala yüksəlmək barədə düşünürük. Əla heyətə malik komandamız var. Bu heyətlə növbəti il daha böyük məqsədlər üçün çalışacağıq", - deyib.

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlərdə 25 yaşlı qapıçının mövsümün sonunda "Liverpul"a keçəcəyi bildirilirdi.