Ronaldu Messidən öndə

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu "Instagram" reklamından qazanc məbləğində İspaniya "Barselona"sının oyunçusu Lionel Messini iki dəfədən çox geridə qoyub.

Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 2018-ci ildə portuqaliyalı hücumçu hər biri 900 min avroya 49 reklam postu paylaşıb. Ronaldu bunlardan ümumilikdə 44,1 milyon avro əldə edib. Argentinalı forvard isə 36 postunun hər birinə 590 min avro qoyaraq, 21 milyon avroya yiyələnib.

Hazırda 186 milyon "Instagram" istifadəçisi olan Ronaldu ilə müqayisədə Messidə bu göstərici 133 milyondur.

Amerikalı supermodel Kendall Cenner 14,4 milyon avro qazancla üçüncü, İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Devid Bekhem isə 10 milyon avro gəlirlə dördüncü yeri tutub.